IELTS kursları

IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi)

IELTS dünyanın aparıcı ingilis dili testidir. IELTS (International English Language Testing System) ünsiyyət dili ingiliscə olan bir ölkədə təhsil almaq və ya işləmək istəyən namizədlərin  dil bacarıqlarını ölçmək üçün tərtib edilmişdir.

Bütün aparıcı ingilisdilli ölkələrin 7,000-dən çox ali təhsil müəssisəsi, dövlət agentlikləri, peşəkar assosiasiyalar və işəgötürənlər IELTS testinin nəticələrini tanıyır və istifadə edir.

IELTS Academic module tədrisin ingilis dilində həyata keçirildiyi bir çox ali təhsil müəssisələrinə qəbul olunmaq üçün qoyulan dil tələbi kimi qəbul olunmuşdur və namizədin ingilis dilində təhsil almağa hazır olub-olmadığını qiymətləndirir.

IELTS General Training module ingilisdilli ölkəyə miqrasiya edən və ya orta təhsilini tamamlamaq və ya təlim proqramında iştirak etmək üçün ingilis dilli ölkəyə getməyə hazırlaşan şəxslər üçün münasibdir.

Testin Listening, Reading və Writing komponentləri həmişə fasiləsiz olaraq bir-birinin ardından tamamlanır. Test mərkəzindən asılı olaraq Speaking testi imtahan günündən 7 günə qədər əvvəl və ya sonra ola bilər.

 IELTS-də heç bir keçid balı yoxdur. Nəticələr 9-ballıq sistemlə qiymətləndirilir. IELTS balları 2 il müddətində etibarlıdır.

 

Onlayn English Test