Maqistratura kursları

Maqistratura kursları

Maqistraturaya hazırlaşannarın nəzərinə!!!

Bakalavrdan sonra təhsilin 2-ci pilləsi Magistratura adlanır. Təhsilin müddəti: Əyani-2 il, Qiyabi-2.5 il. Təhsili uğurla başa vuranlara MAGİSTR dərəcəsi verilir. Magistraturada ixtisasınız üzrə xüsusi  bir bölməni daha dərindən öyrənirsiniz. Həmçinin o bölmə üzrə elmi araşdırma aparırsınız. Müstəqil işləmə qabiliyyətinizi ortaya qoyaraq özünüzü daha da inkişaf etdirirsiniz.

Magistraturaya qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2 mərhələdə həyata keçirir. 1-ci mərhələ: bu mərhələdə tələbələr 3 fənndən (məntiq, informatika, xarici dil) imtahan verir. 1-ci mərhələdə cəmi 100 sual olur (məntiq-50, informatika-25, xarici dil-25). Magistratura imtahanlarındakı bütün suallar hər biri 1 balla qiymətləndirilir. Səhv düzü aparmır. keçid balları ixtisasdan asılı olaraq dəyişir. (sonuncu il 40-50 bal arası). 1-ci mərhələdən keçmiş tələbələr 2-ci mərhələyə buraxılır. 2-ci mərhələ: Bu mərhələ də seçdiyiniz ixtisasa uyğun 50 sual olur. Keçid balı 20 bal ətrafında dəyişir.

 

MBA  hazırlaşanların nəzərinə!!!

MBA nədir?

MBA (Master of Business Administration) biznes idarəçiliyi üzrə Beynəlxalq Magistr dərəcəsidir . Bütün ixtisasları bitirənlər 2-ci turda öz ixtisasları əvəzinə MBA-nı seçə bilərlər. 1-ci tur Bütün ixtisaslarda həmçinin MBA-da da eynidir. MBA magistr təhsili əsasən ödənişlidir. MBA imtahanında suallar Riyaziyyat və GMAT-dan olur. Riyaziyyat sualları təqribən orta məktəb riyaziyyatına bənzəyir.

 

1.       MBA ixtisası ilk dəfə 19-cu əsrdə Amerikada menecment ixtisasına elmi yanaşma məqsədi ilə formalaşdırılmışdır.

2.       MBA ixtisasını magistratura imtahanının 1-ci mərhələsini keçmiş, istənilən ixtisas sahibi seçə bilər.

3.       MBA sınaq imtahanlarını BRITISH ACADEMY - də hər həftə keçirilməsi nəzərdə tutlmuşdur.

4.       Köklü surətdə peşənizi dəyişmək imkanlarınız var.

5.       MBA magistratura imtahanının 2-ci mərhələsidir. Bu mərhələdə minimum bal 20 olmalıdır.

6.       MBA ixtisasında Azərbaycan, Rus və İngilis dillərində təhsil almaq mümkündür.

7.       MBA ixtisasını bitirmiş gənclər bank, maliyyə, mühasibatlıq, insan resurslarının idarə edilməsi və s. biznes sahələrində ixtisaslaşmaq imkanına malik olurlar.

8.       MBA üzrə qəbul imtahanı iyun ayının sonuncu bazar günlərində keçirilir.

9.       MBA proqramına hazırlıq həftədə 3 dəfə, hər dərs 1 saat yarım olmaqla tədris olunur,Kursun davametmə müddəti 3 aydır.

 

Qeydiyyatdan keçmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

Telefon:     (+994 12) 492-07-92   

                 (+994 12) 497-62-97

 Mobil:        (+994 55) 212-41-51

            (+994 70) 279-75-17 (Whatsapp)

office@britishacademy.az, www.britishacademy.az

Ünvan: C. Cabbarlı 44, Caspian Plaza 1-ci korpus, 9-cu mərtəbə, Nizami metrosu yaxınlığı

 

 

Kursun adı

 

Davametmə müddəti

 

Həftəlik dərs

 

Qiymət/AZN

 

Qrupun tərkibi

Ay

Saat

Dərs/saat

Fərdi

 

Qrup

Sayı

 İngilis dili, Alman dili

 

 

3

149

79

4-6

Rus dili

 

 

3

119

69

3-6

Məntiq

3

36

3

149

69

3-6

İnformatika

2

24

3

149

69

3-6

Riyaziyyat (MBA)

3

54

4

229

89

3-5

 

Onlayn English Test