AVROPADA TƏHSİL

Təcrübə və araşdırmalar göstərir ki, cəmiyyətin siyasi-iqtisadi və mədəni inkişafında təhsilin böyük rolu vardır. Məhz təhsil vasitəsilə cəmiyyətin tələbatına uyğun müvafiq kadrlar hazırlanır və mövcud insan kapitalı inkişafın sürətlənməsinə, davamlı olmasına şərait yaradır. 

Təhsil cəmiyyətin normal inkişafı və idarəsi baxımından mühüm əhəmiyyətə malik infrastrukturdur. Təhsil, eyni zamanda hər bir dövlətin gələcəyini təmin edən baza sistemidir. Təhsil, təkcə gələcəyin zəmanəti olmaqla vəzifəsi yekunlaşan bir sistem deyil. O həm də təlim-tərbiyə prosesidir.

AB 50 illik varlığı ilə öz effektivliyini sübut edib. AB üzvləri dünya sıralamasında yaşam keyfiyyəti, sosial proqramlar, ətraf mühit, biznes imkanları, təhsil, elm və texnologiya baxımından lider ölkələrdir. Avropada həyata keçirilən təcrübə olduqca yaxşı nəticə verir. Məsələn, avropalı tələbələr ittifaqın bir çox ölkələrində pulsuz olaraq mükəmməl ali təhsil əldə edə bilirlər. Təhsil aldıqdan sonra onlar İttifaqa üzv istənilən ölkədə sərbəst şəkildə iş də tapa bilirlər. Avropa İttifaqı ölkələrində təhsil almaq üçün tələbələrdən sadəcə olaraq yaxşı qiymətlər tələb olunur.

Hədəfimiz Azərbaycandan olan tələbələrin  Avropanın öndə gedən universitetlərində yüksək keyfiyyətli təhsil almağına yardımcı olmaqdır. Layihəmiz çərçivəsində siz Avropanın istənilən ali təhsil ocağında müxtəlif ixtisaslar üzrə təhsil ala bilərsiniz. Seçdiyiniz universitetlərdə hər bir tələbəyə fərdi yanaşılacaq, bundan başqa siz yeni dostlar və yeni mühitlə tanış ola və dil biliyinizi artıra bilərsiniz.

Avropada təhsil haqqında ətraflı məlumat almaq üçün şəklə klikləyin:

Onlayn English Test