Alman Dili Kursları

Qısa zamanda mükəmməl Alman dili biliklərinə yiyələnmək və bu dili yüksək səviyyədə öyrənmək üçün kurslarımıza müraciət edin!

 

Alman dili ümumilikdə 6 səviyyədən ibarətdir:

 

A 1 səviyyəsində

Siz müəyyən istəklərinizi dilə gətirmək üçün tanış ifadə və cümlələri, gündəlik həyatda işlənən sözləri anlayır və deyirsiniz. Özünüzü və başqalarını təqdim edə, digər şəxslərə özləri haqqında suallar verə və buna oxşar sualları da cavablandıra bilirsiniz. Ünsiyyətdə olduğunuz şəxs yavaş və aydın danışırsa, siz onunla sadə şəkildə fikir mübadiləsi aparırsınız.

A 2 səviyyəsində

Gündəlik həyatda işlənən cümlələri (məs.: şəxsin özü barəsində, ailəsi haqqında, alış-veriş və işlə bağlı məlumatları və s.) və ifadələri anlayırsınız. Sadə dildə ifadə olunan müəyyən mövzulara dair məlumatları çatdırmaq, özünüz, təhsiliniz, yaxınlarınız haqqında danışmaq, başqalarına sual vermək bacarığına maliksiniz.

B 1 səviyyəsində

Siz iş, təhsil və asudə vaxt kimi tanış mövzularda olan aydın danışıqları və sadə ədəbi dildə olan mətnin məzmununu anlayırsınız. Alman dilli ölkələrə səyahətlə bağlı müxtəlif vəziyyətlərdə fikrinizi ifadə edə bilir, Sizi maraqlandıran müxtəlif, tanış mövzularda olan məlumatları sadə şəkildə açıqlayırsınız. Arzu, təcrübə, məqsəd və ümidlərinizi, baş verənləri təsvir edə bilir, öz fikrinizi və gələcək planlarınızı paylaşır və onları əsaslandırırsınız.

B 2 səviyyəsində

Mücərrəd və konkret mövzularda olan çətin mətnlərin və müzakirələrin əsas məzmununu anlayırsınız. Dil daşıyıcıları ilə ünsiyyətdə çətinlik çəkmədən kifayət qədər sərbəst danışırsınız. Geniş mövzu çərçivəsində aydın və dəqiq məlumat vermək, problemə öz nöqteyi-nəzərinizi açıqlamaq, müxtəlif variantların üstün və çatışmayan cəhətlərini təsvir etmək qabiliyyətinə maliksiniz.

C 1 səviyyəsində

Müxtəlif mövzularda geniş və çətin mətnləri anlayır və gizli məntiqi mənaları anlaya bilirsiniz. Söz və ifadə seçimində çətinlik çəkmədən, kifayət qədər tez və sərbəst danışırsınız. Dili təhsildə və professional fəaliyyətdə effektiv və düzgün istifadə edirsiniz. Mətnin qurulması üçün lazım olan müxtəlif strukturlardan istifadə edərək çətin mövzularda aydın, dəqiq və məntiqi fikir söyləyirsiniz.

C 2 səviyyəsində

Demək olar ki, eşidilən və yazılan hər cür məlumatı anlayırsınız. Deyilən və yazılan bir neçə mənbəyə əsaslanaraq məntiqli mətnlər qurur və fikir söyləyərkən mövzuya aid əsaslandırmalar və açıqlamalar söyləyirsiniz. Çətin mövzularda düşünmədən, yüksək dəqiqlik və səlistliklə, məna çalarlarını qeyd edərək danışırsınız.

Hər bir səviyyəni bitirdikdən sonra tələbələr həmin səviyyəyə uyğun yazıb-oxumağı və səlis danışmağı öyrənirlər.

Müraciət üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

Telefon:     (+994 12) 492-07-92   

                 (+994 12) 497-62-97

 Mobil:        (+994 55) 212-41-51

            (+994 70) 279-75-17 (Whatsapp)

Onlayn English Test