İngilis dili kursları

General English

Dünya standartlarına uyğun olaraq (TEFL – Teaching English as a Foreign Language) ingilis dilinin tədrisi 6 mərhələdən ibarətdir. Bizim Tədris mərkəzində bu standartlara uyğun olaraq ingilis dili 6 mərhələdə tədris olunur.

1-ci səviyyə – Beginner

Bu səviyyə sıfırdan başlayaraq təhsil alan tələbələr ücün nəzərdə tutulur. İlkin səviyyədə dilin öyrənilməsində sonrakı mərhələ üçün əsas qoyulur və təhsil prosesinin özünə maraq yaradılır. Material düşünülərək və metodiki səviyyədə verilir. Leksika bölməsi dəqiqliklə hazırlanmışdır. Praktik tapşırıqların məqsədi ünsiyyət təcrübəsinin inkişafı və onun real vəziyyətlərdə əminliklə istifadəsidir. Proqrama fonetika, qrammatikanın əsasları və danışıq daxildir. Təhsili bitirdikdən sonra tələbə çətin olmayan mətnləri oxuya bilər və məişət mövzularında söhbətlər apara bilər.

Məşğələlərdə mövcud olan dostluq atmosferi dil baryerindən azad olmaq imkanı verir. Tədris Britaniyanın və ABŞ-ın aparıcı nəşriyyat evlərinin ən müasir dərs vəsaitləri üzrə aparılır.

Əsas məqsədlərimiz aşağıdakılardan ibarətdir:

  • Tələbələri ingilis dilinin ilkin qrammatik qaydaları ilə tanış etmək;
  • Söz ehtiyatı yaratmaq;
  • Oxumağı və yazmağı öyrətmək

Bu səviyyədə tələbələr aşağıdakıları öyrənəcəkələr:

  • Gündəlik  sadə  ifadələrdən istifadə etməyi;
  • Özünü təqdim etməyi və sadə suallar verməyi;
  • Gündəlik məsələlərə (tələbənin özü və ailəsi haqqında ən əsas məlumatlar, alış-veriş, iş həyatı və s.) aid cümlələri və ifadələri başa düşməyi.

Kursa daxildir:

  • Oxu, yazı, dinləmə və danışıq: Burada özünü təqdimetmə və salamlama, adlar, ölkələr və millətlər, iş və iş yeri, musiqi, filmlər, televiziya programları, əyləncə, dəvətlər, zaman işlədilərək cümlələrin qurulması və s. öyrədilir.
  • Dinləmə – adları, ölkə adlarını, gündəlik iş cədvəli haqda söhbətləri və s. dinləməkdən ibarətdir.
  • Oxu –  məşhur şəxslər, iş axtaranlar, onlayn alış-veriş və digər mövzularda olan qısa mətnlərdən (300-600 söz həcmində) ibarətdir.
  • Yazı hissəsi şəxsi suallar, sinif yoldaşının tərcümeyi-halı, müxtəlif ölkələrdə qiymət fərqləri və s. mövzularda sualların yazılmasından ibarətdir.

Qrammatikanın öyrədilməsi: “Wh”-lə başlanan suallardan, “be/do” felləri ilə düzələn cümlələrdən, “hə/yox” sualları və “be/do” ilə olan cavablardan, mübtəda, əvəzlik, sifətlərlərdən, indiki zamanda olan cümlələrdən və s. ibarətdir.

2- ci səviyyə – Elementary

“ Elementary ” mərhələsi inglis dilinin qrammatikası və danışıq təcrübəsi haqqında əsaslı məlumatı olan amma kifayət qədər söz ehtiyyatı olmayan tələbələr üçün nəzərdə tutulur. Proqram 4 növ istiqamətin inkişafı üçündür:

  • Müəllimlə tələbənin söhbəti (nitq qavrama qabiliyyəti)
  • Oxuma
  • Məktublar
  • Danışıq

Bu səviyyədə əsas məqsəd:

  • Danışıq və yazıdakı dəqiqliyi və səlisliyi artırmaq;
  • Oxu qabiliyyətini inkişaf etdirmək;
  • Yazı qabiliyyətini inkişaf etdirmək.

Bir dərsdə 30-35 yeni söz daxil olmaqla gündəlik həyatda istifadə olunan mövzular işlənilir, həmçinin ingilis dilinin əsaslı qrammatikası (əsas zaman formaları və qrammatik konstruksiyalar), dərsdə və evdə aparılan söhbətlər və ev tapşırığı çərçivəsində yazılı tapşırıqlar bura daxildir. Kursu bitirdikdən sonra tələbə mətnin və danışığın əsas məzmununun anlayışını, səyahətlərdə və adi həyat situasiyalarında danışmağı, eşidilənlər və oxunanlar əsasında qısa məlumatlar verilməsini, adi və şəxsi məktubların yazılmasını həyata keçirə bilər.

İlk dərslərdən ingilis dili ilə düzgün məşğul olmaq haqqında təsəvvür verən xüsusi metodikadan istifadə edilir. Proqramda bütün 4 dil vərdişlərini ( dinləmə qabiliyyəti, danışıq qabliyyəti, oxumaq, yazmaq) inkişaf etdirən dərs materiallarının geniş spekterindən istifadə edilir.

3-cü səviyyə – Pre-İntermediate

Pre-İnremediate səviyyəsini bitirdikdən sonra tələbə hər hansı yazılı və ya şifahi məlumatın məzmununu tamamilə anlayır, şəxsi fikrini bildirir, oxuduqları və yazdıqları əsasında ətraflı məlumatlar əldə edir, müəyyən çətinlikdə olan şəxsi və rəsmi yazışmalar aparır, ingilis dilində ədəbiyyat oxuya bilir, xarici səfərlərdə tərcüməçisiz keçinə bilir. Bu kursda alınmış təhsil tələbəyə Beynəlxalq imtahan olan PET (Preliminary English Test) müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

Bu səviyyədə tələbələr kursumuz tərəfindən təşkil olunan və Amerikalı və Britaniyalı müəllimlər tərəfindən aparılan danışıq klubları və müzakirələrdə fəal iştirak edə bilərlər.

4-cü səviyyə – Intermediate

“ Pre-İntermediate “ səviyyəsində ingilis dili haqqında bəzi təcrübələri olan tələbələr üçün nəzərdə tutulur. Təhsilə qrammatika haqqında biliklərin artırılması, söz ehtiyyatının çoxaldılması və danışıq maneələrinin aradan götürülməsi (danışıq təcrübəsi) daxildir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir. İntermediate səviyyəsini bitirdikdən sonra tələbə aşağıdakı qabiliyyətləri əldə edir:

  • Telefon zənglərinə cavab vermək
  • Yazışmalar aparmaq
  • İngilisdilli tanışlarla söhbət etmək
  • Müsahibələrdə iştirak etmək
  • Bu dildə hesabat təqdim etmək
  • İşguzar danışıqlarda iştirak etmək
  • Bu səviyyəyə uyğun ədəbiyyat oxumaq

 

5- ci səviyyə – Upper-İntermediate

”İntermediate” səviyyəsində müəyyən bir təcrübəyə malik olan tələbələr üçün nəzərdə tutulur. Təhsil ingilis dilinə praktik və azad şəkildə yiyələnmə, xarici dilli vətəndaşların danışıqlarının tamamilə başa düşülməsinə yönləndirilir. Bu səviyyəyə uyğun olan intensiv danışıq mövzuları, ev tapşırıqları çərçivəsində yazılı çalışmalar sinifdə və evdə işlənilməsi üçün verilir.Kursu bitirdikdən sonra tələbə müxtəlif mövzularda (məişət mövzularından profesional səviyyəyə qədər) dildən sərbəst şəkildə istifadə edə bilir, xarici vətəndaşlarla rahat ünsiyyət qura bilir, xüsusi və bədii ədəbiyyat oxuya bilir, mətnin məzmununu ümumiləşdirə və izah edə bilir, oxunmuş mətnin icmalını qura bilir.

Bu kursda əldə edilmiş bilikləri tələbəyə Kembric CAE (Cambridge Advanced English) və TOEFL (Test Of English as a Foreign Language) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

6- cı səviyyə – Advanced

“Advance“ kursu tələbələrə biliklərini mükəmməlləşdirmək və onları profesional səviyyəyə çatdırmaq üçün nəzərdə tutulur. Elementar səviyyədən başlayaraq biz tələbəni Advanced (yüksək) səviyyəsinə çatdırırıq ki, bu da ona aşağıdakıları imkan verir:

  1. İngilis dilinə sərbəst sahib olma b. İngilis ədəbiyyatını sərbəst oxumaq c. Şifahi və yazılı – öz fikirlərini sərbəst, gözəl və qrammatik cəhətdən düzgün ifadə etmək.

Təhsil əsasən söz ehtiyatının artırılması, nitq tərzləri və dil formalarına yönləndirilmişdir. Bu səviyyə böyük söz ehtiyatı və qrammatika haqqında tam biliklər verir. Kursu bitirdikdən sonra tələbə müxtəlif situasiyalarda (xarici vətəndaşla eyni səviyyədə) danışıq dilinə yiyələnə bilir, hər hansı bir səviyyədə və mövzuda sinxron tərcümələr edə bilir. Kursda əldə edilmiş biliklər tələbəyə TOEFL (Test of English as a Foreign Language), CAE (Cambridge Advanced English) və CPE (Certificate Proficiency İn English) beynəlxalq imtahanlarının müvəffəqiyyətlə verilməsinə imkan yaradır.

Tədris Azərbaycanda və xarici ölkələrdə təhsil almış müəllimlər və dilçilər tərəfindən aparılır. Bizim mərkəzdə əldə edilən biliklər Avropa və Amerikada oxumaq və işləmək üçün ingilis dili üzrə istənilən beynəlxalq imtahanı vermək imkanı verir.

 

Qısa zamanda mükəmməl Alman dili biliklərinə yiyələnmək və bu dili yüksək səviyyədə öyrənmək üçün kurslarımıza müraciət edin!

 

Alman dili ümumilikdə 6 səviyyədən ibarətdir:

 

A 1 səviyyəsində

Siz müəyyən istəklərinizi dilə gətirmək üçün tanış ifadə və cümlələri, gündəlik həyatda işlənən sözləri anlayır və deyirsiniz. Özünüzü və başqalarını təqdim edə, digər şəxslərə özləri haqqında suallar verə və buna oxşar sualları da cavablandıra bilirsiniz. Ünsiyyətdə olduğunuz şəxs yavaş və aydın danışırsa, siz onunla sadə şəkildə fikir mübadiləsi aparırsınız.

A 2 səviyyəsində

Gündəlik həyatda işlənən cümlələri (məs.: şəxsin özü barəsində, ailəsi haqqında, alış-veriş və işlə bağlı məlumatları və s.) və ifadələri anlayırsınız. Sadə dildə ifadə olunan müəyyən mövzulara dair məlumatları çatdırmaq, özünüz, təhsiliniz, yaxınlarınız haqqında danışmaq, başqalarına sual vermək bacarığına maliksiniz.

B 1 səviyyəsində

Siz iş, təhsil və asudə vaxt kimi tanış mövzularda olan aydın danışıqları və sadə ədəbi dildə olan mətnin məzmununu anlayırsınız. Alman dilli ölkələrə səyahətlə bağlı müxtəlif vəziyyətlərdə fikrinizi ifadə edə bilir, Sizi maraqlandıran müxtəlif, tanış mövzularda olan məlumatları sadə şəkildə açıqlayırsınız. Arzu, təcrübə, məqsəd və ümidlərinizi, baş verənləri təsvir edə bilir, öz fikrinizi və gələcək planlarınızı paylaşır və onları əsaslandırırsınız.

B 2 səviyyəsində

Mücərrəd və konkret mövzularda olan çətin mətnlərin və müzakirələrin əsas məzmununu anlayırsınız. Dil daşıyıcıları ilə ünsiyyətdə çətinlik çəkmədən kifayət qədər sərbəst danışırsınız. Geniş mövzu çərçivəsində aydın və dəqiq məlumat vermək, problemə öz nöqteyi-nəzərinizi açıqlamaq, müxtəlif variantların üstün və çatışmayan cəhətlərini təsvir etmək qabiliyyətinə maliksiniz.

C 1 səviyyəsində

Müxtəlif mövzularda geniş və çətin mətnləri anlayır və gizli məntiqi mənaları anlaya bilirsiniz. Söz və ifadə seçimində çətinlik çəkmədən, kifayət qədər tez və sərbəst danışırsınız. Dili təhsildə və professional fəaliyyətdə effektiv və düzgün istifadə edirsiniz. Mətnin qurulması üçün lazım olan müxtəlif strukturlardan istifadə edərək çətin mövzularda aydın, dəqiq və məntiqi fikir söyləyirsiniz.

C 2 səviyyəsində

Demək olar ki, eşidilən və yazılan hər cür məlumatı anlayırsınız. Deyilən və yazılan bir neçə mənbəyə əsaslanaraq məntiqli mətnlər qurur və fikir söyləyərkən mövzuya aid əsaslandırmalar və açıqlamalar söyləyirsiniz. Çətin mövzularda düşünmədən, yüksək dəqiqlik və səlistliklə, məna çalarlarını qeyd edərək danışırsınız.

 

Alman dili kurslarımız peşəkar müəllimlər tərəfindən fərdi və qrup şəklində  həftədə 3 dəfə 1 saat yaxud 2 dəfə 1.5 saat olaraq keçirilir.

 

İntensiv Alman dili kursları isə həftədə 3 dəfə 1.5 saat olaraq keçirilir.

 

RUS DİLİ KURSLARI

 

Yalnız bizdə Rus dili proqramı tədris baxımından, həm də istifadə etdiyimiz ədəbiyyatlarla keyfiyyətli tədrisimizlə fərqlənirik.

Rus dilində qısa müddət ərzində danışmaq istəyənlər üçün
Rus dilində Maraqlı və gözəl şəkildə Danışmaq istəyənlər üçün
Rus dilinin qrammatikasını Asan tərzdə öyrənmək istəyənlər üçün
Rus dilində söz bazasını artırmaq və bunu gündəlik danışıqda tətbiq etmək istəyən Hər Kəs üçündür

Kursun Proqramı 6 səviyyədən ibarətdir:

 

  1. A1 –  (Başlanğıc Səviyyə)
  2. A2 –  (Elementar Səviyyə)
  3. B1 –  (Aşağı Orta Səviyyə)
  4. B2 -  (Orta Səviyyə)
  5. C1 –  (yüksək orta Səviyyə)
  6. C2 –  (Mükəmməl səviyyə)

* Kursun müddəti tələbənin Rus dili səviyyəsindən aslı olaraq 2 aydan-9 aya qədər ola bilər.

* Kursu bitirən tələbələrə SERTİFİKAT verilir.

* Dərslər hər həftənin Bazar ertəsi başlayır (digər günlər də mümkündür).

* Hər dərs 90 dəqiqədir.

* Dərsin  günləri sizin istəyinizə görə təyin edirik. 

Kursa müraciət etdikdə Sizə - PULSUZ dil biliyinizin yoxlanışı üçün vaxt təyin edilərək, Sizin dil bilik səviyyəniz müəyyən olunacaq. Dil bilik səviyyənizə uyğun olaraq Sizə tədris proqramı təklif olunacaqdır.

Intensiv rus dili kurslarımız fərdi və qrup şəklində fəaliyyət göstərir qrupda 2-4 nəfər təşkil edir.

Yalnız bizdə Rus dili proqramı tədris baxımından, həm də istifadə etdiyimiz ədəbiyyatlarla keyfiyyətli tədrisimizlə fərqlənirik.

 

Hər səviyyənin proqramı 1ay olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət 2 ayadək davam edir.

Proqrama əsasən həftədə 2 dəfə yaxud 3 dəfə 1 saat olaraq keçirilir. Dərslər fərdi və ya qrup şəklində keçirilir.

Kursun Əhəmiyyəti:

 

Tədris dil üzrə 4 əsas bacarığın, danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Tədris dil üzrə 4 əsas bacarığın inkişafına yönəldilib: danışıq, dinləmə, yazma və oxuma.

Rus dili kursları müasir texnoloji vəsaiitlərdən, audio və video dərsliklərdə istifadə edilərək tədris edilir.  Kursun program müəyyən edilərkən tələbənin Rus dili bilik səviyyəsi müəyyənləşdirilir, tələbənin sərbəst vaxtlarına və öz istəyinə uyğun olaraq qurup və ya individual şəkildə dərs saatları müəyənləşdirilir. Dərslər tələbənin seçiminə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir.

Onlayn English Test