IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi)

IELTS dünyanın aparıcı ingilis dili testidir. IELTS (International English Language Testing System) ünsiyyət dili ingiliscə olan bir ölkədə təhsil almaq və ya işləmək istəyən namizədlərin  dil bacarıqlarını ölçmək üçün tərtib edilmişdir.

Bütün aparıcı ingilisdilli ölkələrin 7,000-dən çox ali təhsil müəssisəsi, dövlət agentlikləri, peşəkar assosiasiyalar və işəgötürənlər IELTS testinin nəticələrini tanıyır və istifadə edir.

IELTS Academic module tədrisin ingilis dilində həyata keçirildiyi bir çox ali təhsil müəssisələrinə qəbul olunmaq üçün qoyulan dil tələbi kimi qəbul olunmuşdur və namizədin ingilis dilində təhsil almağa hazır olub-olmadığını qiymətləndirir.

IELTS General Training module ingilisdilli ölkəyə miqrasiya edən və ya orta təhsilini tamamlamaq və ya təlim proqramında iştirak etmək üçün ingilis dilli ölkəyə getməyə hazırlaşan şəxslər üçün münasibdir.

Testin Listening, Reading və Writing komponentləri həmişə fasiləsiz olaraq bir-birinin ardından tamamlanır. Test mərkəzindən asılı olaraq Speaking testi imtahan günündən 7 günə qədər əvvəl və ya sonra ola bilər.

IELTS-də heç bir keçid balı yoxdur. Nəticələr 9-ballıq sistemlə qiymətləndirilir. IELTS balları 2 il müddətində etibarlıdır.

 

TOEFL (Xarici dil olaraq ingilis dili testi)

TOEFL testi doğma dili ingiliscə olmayan şəxslərin ingilis dili biliklərini qiymətləndirir. Bu, kifayət qədər məşhur bir dil testidir və 130-dan çox ölkədə fəaliyyət göstərən 7,000-dən çox universitet və təşkilat tərəfindən qəbul edilir.

TOEFL testi ingilis dilindən universitetdə yazıldığı, oxunduğu, dinlənildiyi və danışıldığı şəkildə istifadə etmək və anlamaq bacarığını ölçür. Test 4 bölmədən ibarətdir (reading, listening, speaking və writing) və təxminən 4½ saat davam edir. TOEFL balları 2 il müddətində etibarlıdır.

 

SAT (Scholastic Aptitude Test).

BRITISH ACADEMY Türkiyədə və Amerika Birləşmiş Ştatları kolleclərində bakalavr təhsili almaq istəyənlər üçün SAT kurslarını təqdim edir.

İmtahan 5 hissədən ibarətdir:
1. Reading Test (65 dəq)
2. Writing and Language tests- (35 dəq)
3. Math (no calculator section) (25 dəq)
4. Math (calculator section) (55 dəq)
5. Essay test- (30 dəq)

Onlayn English Test