Son illərdə Türkiyədə Təhsil almaq istəyən tələbələrin sayı günbəgün artmaqdadır, ələxsus da azərbaycanlı tələbələrin. Bu da səbəbsiz deyil. İstər təhsilin keyfiyyəti, istər universitetlərinin artıq dünyada reytinq qaznamağa başlamaları, istərsə də bizim ölkəyə həm məsafə, həm də adət-ənənə olaraq yaxınlığı buna təsir edir.  Azərbaycanlı tələbələri cəlb edən amillər isə çoxdur.

Birinci amil:  Türkiyədə təhsilin yüksək inkişafı və bundan tələbələrin yararlana bilməsi;

İkinci amil:  Dövlət Universitetlərində illik təhsil haqqının çox münasib olması;

Üçüncü amil:  Qonşu ölkə olması, yaşayış xərclərinin az olması və Viza prosedurunun Azərbaycan vətəndaşları üçün asan olması;

Dördüncü amil: Təqaüd alma şansının olması;

Beşinci amil: Adət-ənənəmizin, mədəniyyət və incəsənətimizin və nəhayət dilimizin çox yaxın olması;

Bu vacib amilləri nəzərə alan tələbələrimiz Türkiyə Universitetlərində təhsil almaq istəyirlər.

Türkiyə Universitetlərinə necə qəbul olmaq olar?

Türkiyə Universitetləri də bizim Universitetlər kimi Dövlət və Özəl olaraq 2 yerə bölünür. Türkiyə Universitetlərinin demək olar ki, hər birinin öz şərtləri vardır. Qəbul Attestat və ya transfer yolu ilə də mümkündür. Ümumiyyətlə, Bakalavr təhsili almaq üçün SAT və ya YÖS  imtahanlarından biri verilməlidi. Magistr təhsili üçün isə ALES  imtahanı tələb olunur.

Bakalavr təhsil müddəti 4 ildir. Dil nəticəsi olmayanlar 1 il əlavə hazırlıq keçməlidirlər. Ümumiyyətlə, Türkiyədə 172 universitet vardır. Bunların 105-i dövlət, 61-i özəl, 6-sı isə texnikumdur. Xarici tələbələrin Türkiyədə bakalavr oxumağı üçün hal-hazırda 5 seçənək təklif olunur:

1. TCS – Türk dövlətlərindən Türkiyədəki ali təhsil qurumlarında təqaüdlü təhsil almaq istəyən tələbələr üçün təşkil edilən imtahandır.

2. YÖS – Bu imtahan son 2 ildə artıq ümümi bir imtahan deyil,daha çox bəzi universitetlərin öz nəznində keçirdiyi bir imtahana çevrilib. YÖS imtahanında iştirak etmək istəyənlər birbaşa universitetlə əlaqəyə girib qeydiyyatdan keçib, universitetin öz daxilində vəya seçilmiş mərkəzlərində imtahan verməlidirlər.

3. TQDK – YÖS imtahanı keçirməyən bir çox universitet TQDK-dan toplanan balla tələbə qəbul edir. Bu bal universitetlərin reytinqinə görə dəyişir. Ümumi olaraq çox universitet tələbənin seçdiyi ixtisasın olduğu qrup üzrə keçid balını keçməyi(bunlar əsasən aşağı reytinqli universitetlərdir) tələb qoyur. Normal bir universitetdə oxumaq üçün isə TQDK-dan 400-450 arası bal toplamaq lazımdır. Daha yüksək reytinqli universitetlər, məsələn ODTU kimi universitetlər 550-600 arası bal tələb edirlər.

4. SAT – Demək olar ki hər universitet SAT imtahanı ilə tələbə qəbulu təşkil edir. Belə ki, prestijli Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və əlavə olaraq TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilis dilli proqramlara aid olur.

5. ATTESTAT- Türkiyədə təhsil almağın bir digər və ən asan yolu YALNİZ ATTESTATLA təhsildir. Yuxarıda qeyd olunan ilk

4 – cü bənddəki heçbir imtahanda iştirak etmədən yalnız ORTA MƏKTƏB ATTESTATI ilə təhsil ala bilərsiniz. Təbii ki, hər universitet bunu qəbul etmir,vəya birbaşa qəbul etmir. Əlaxsus da reytinqli universitetlər. Hətta bir çox TQDK balı tələb edən universitetlərə də qəbulunuzu təşkil edə bilərik.

Türkiyədə magistr təhsili almaq üçün ilk öncə 4 illik bakalavr təhsilini bitirmək lazımdır. Türkiyədə magistratura pilləsi üçün ALES imtahanında iştirak edib, o imtahandan topladığınız balla universitetlərə müraciət edə bilərsiniz. Həm ingilis, həm də türk dilində təhsil ala bilərsiniz. Əsasən 2 illikdir. İngilis dilində təhsil almaq istəyənlər əlavə olaraq TOEFL və ya IELTS nəticəsi təqdim etməlidirlər. İngilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 6 IELTS nəticəniz olmalıdır.

Attestatla qəbul ola biləcəyiniz universitetlərin bəziləri:

1. Adıyaman Universiteti

2. Adnan Menderes Universiteti

3. Afyon Kocatepe Universiteti

4. Ahi Evran Universiteti

5. Aksaray Universiteti

6. Amasya Universiteti

7. Ardahan Universiteti

8. Artvin Çoruh Universiteti

9. Atatürk Universiteti

10. Bartın Universiteti

11. Bayburt Universiteti

12. Bingöl Universiteti

13. Bitlis Eren Universiteti

14. Bozok Universiteti

15. Bursa Orhangazi Universiteti

16. Bülent Ecevit Universiteti

17. Cumhuriyet Universiteti

18. Çanakkale 18 Mart Universiteti

19. Dumlupınar Universiteti

20. Celal Bayar Universiteti

21. Erzincan Universiteti

22. Erzurum Teknik Universiteti

23. Eskişehir Osmangazi Universiteti

24. Gaziantep Universiteti

25. Gaziosmanpaşa Universiteti

26. Gümüşhane Universiteti

27. Karadeniz Teknik Universiteti

28. Kastamonu Universiteti

29. Kırıkkale Universiteti

30. Kırklareli Universiteti

31. Mustafa Kemal Universiteti

32. Nevşehir Universiteti

33. Niğde Universiteti

34. Ordu Universiteti

35. Uşak Universiteti

36. Yüzüncü Yıl Universiteti

37. Pamukkale Universiteti

 

Ünvan: C.Cabbarlı 44, Caspian Plaza 1ci korpus, 9-cu mərtəbə

Telefon:        (+994 12) 492-07-92

                    (+994 12) 497-62-97

 Mobil:           (+994 55) 212-41-51

                     (+994 70) 279-75-17

               (+99 455) 226-24-85 (Whatsapp)

Email: office@britishacademy.az

Onlayn English Test